Rüstəm Şəfaqətov Anthology Together konfransında iştirak etmişdir

Rüstəm Şəfaqətov Anthology Together konfransında iştirak etmişdir
Rüstəm Şəfaqətov 13-14 noyabr tarixlərində Səudiyyə Ərabistanı krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən Anthology Together Middle East konfransında iştirak etmişdir. ADA Universitetinin rəhbərliyi və bir qrup kollektivinin də iştirak etdiyi konfransda təhsilin təkmilləşdirilməsinə dair çıxışlar dinlənilmiş, ADA Universitetinin bu sahədə strategiyası və əldə etdiyi unikal təcrübə barədə danışılmışdır. Konfransda iştirak edən Rüstəm Şəfaqətov elektron tədrisdə süni intellektin tətbiqinə dair gözləntilərini bölüşmüş, Anthology şirkətinin və əlaqəli təşkilatların rəhbərləri ilə geniş fikir mübadiləsi aparmışdır.




Baxılıb: 321 dəfə